İrlandiya milli komandasının baş məşqçisi Martin O Nill istefaya gedib.
Fanat.Az xəbər verir ki, bu barədə İrlandiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 56 yaşlı mütəxəssis komandanın uğursuz çıxışından sonra istefa verib.
Qeyd edək ki, Martin O Nil 2013-cü ilin noyabr ayından İrlandiya yığmasına rəhbərlik edib. Milli onun rəhbərliyi altında UEFA Millətlər Liqasının qrup mərhələsində 2 xal toplaya bilib.
Fanat.Az