Kosovo rəhbərliyi UEFA Millətlər Liqasının pley-off mərhələsinə vəsiqə qazanan ölkənin milli komandasını mükafatlandırıb.
Fanat.Az xəbər verir ki, yığma komandanın üzvlərinə 500 min avro mükafat verilib.
Qeyd edək ki, milli komandamızla birlikdə D Liqasının III qrupunda mübarizə aparan Kosovo yığması 1-ci pilləni tutaraq (14 xal) yarımfinala yüksəlib və C Liqasına vəsiqə əldə edib.
Onu da qeyd edək ki, Bakıda millimizlə heç-heçə (0:0) edən Kosovo öz meydanında 4:0 hesablə qələbə qazanıb. Yığmamız 9 xalla qrup ikincisi olub.
Fanat.Az