Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçki əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, millimizin sabiq çalışdırıcısı olan xorvat mütəxəssis qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib.
Əməliyyatı uğurlu keçən Prosineçkinin vəziyyətinin stabil olduğu və bir müddət reanimasiyada müşahidə altında olacağı bildirilib.
Qeyd edək ki, Prosineçkinin çalışdırdığı Bosniya və Herseqovina Millətlər Liqasında yerl aldığı qrupda birinci yeri tutaraq, A Liqasına vəsiqə qazanıb. Mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan yığmasına başçılıq edib.
Fanat.Az