Milli komandamızdan təklif aldığı deyilən Canni de Byazi açıqlama verib.
Fanat.Az xəbər verir ki, italyan mütəxəssis xarici ölkə yığmasından təklif aldığını bildirib: "Xarici ölkənin milli komandasını çalışdırmaqla bağlı təklif almışam və hazırda buna görə həyəcanlıyam".
İtaliya mediasının məlumatına görə, Canni de Byazi ilə AFFA arasında danışıqlar davam edir. Onun millimizi çalışdırıb-çalışdırmayacağına bu həftə aydınlıq gələcək.
Qeyd edək ki, 2011-2017-ci illərdə Albaniya yığmasını çalışdıran Canni de Byazi bu komandanı tarixində ilk dəfə - 2016-cı ildə Avropa çempionatının final mərhələsinə yüksəldib. O, indiyədək İtaliyanın "Vastese", "Karpi", "Kosenza", SPAL, "Modena", "Breşiya", "Torino", "Torino", "Udineze", İspaniyanın "Levante" və "Alaveş" klublarını çalışdırıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol