19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Türkiyədə təlim-məşq toplanışında olacaq.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, komanda yanvarın 12-dən 19-dək Bakıda, yanvarın 19-dan 31-dək isə Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək.
Baş məşqçi Vüqar Məmməd toplanışına 24 futbolçu dəvət edib. Onların arasında İngiltərədə çıxış edən Sərhad Daşdəmir də var.
Kamran Quliyev ("Yonova”, Litva), Nail Alışov, Turan Vəlizadə, Vüsal Əsgərov, İsmayıl Zülfüqarlı (hamısı "Neftçi”), Nicat Mehbaliyev, İbrahim Hüseynov, Zamiq Əliyev, Rauf Hüseynli, Tural Bayramov, Elvin Talıbov, Musa Qurbanlı (hamısı "Qarabağ”), Rüstəm Nuriyev, Vüsal Məsimov, İdris İnqilablı, Samir Qurbanov (hamısı "Qəbələ”), Şakir Seyidov ("Sabah”), Murad Məmmədov ("Səbail”), Ruslan Qəribov ("Sokol”, Rusiya), Elnur İbrahimov ("Spartak-2”, Rusiya), Sərhad Daşdəmir (AFC "Fylde”, İngiltərə), Rüstəm Samuqullin ("Stroqino”, Rusiya), Rüfət Abdullazadə ("Sumqayıt”), Alfred Zaxaryayevdi ("Ximki”, Rusiya).
Fanat.Az