12:32 12.02.2019 1649

Nikola Yurçeviç: "Əsas məqsəd "AVRO-2020"yə vəsiqə qazanmaqdı"

"Burada çox sayda jurnalist görməyimdən millinin sizin üçün nə dərəcədə əhəmiyyətli olduğunu başa düşürəm. Yetərincə motivasiyam var. Gələcəkdə sizinlə daha sıx əməkdaşlıq edəcəyimizə ümid bəsləyirəm".

Bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunan Nikola Yurçeviç Bakı Olimpiya Stadionunda keçirdiyi mətbuat konfransında deyib. 

Daha sonra xorvatiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Müqaviləniz neçə illikdir? 
- Birillik müqavilə olacaq. Lakin sözləşmənin növbəti tsikl üçün daha 2 il uzadılmasına dair bənd var.

- Azərbaycan millisi ilə hansı maksimuma ümid edirsiniz? 
- İlk növbədə, komandamıza inanmalıyıq. Qrupumuzun favoriti Xorvatiya yığması FIFA reytinqində 4-cü yerdədir. Bizim göstərici isə elə də yaxşı deyil. Lakin yaxşı nəticə qazanmaq üçün çalışmalıyıq.

- Çempionat matçları barədə təəssüratlarınız necədir? 
- Burada "Sumqayıt" - "Qarabağ" və "Neftçi" - "Keşlə" oyunlarına baxdım. Xorvatiyada olanda isə "Qarabağ" - "Neftçi" görüşünü izləmişdim. Həmin görüş çox xoşuma gəlmişdi. Yığmanın əksər futbolçuları bu komandalarda oynayır.

- Milliyə hansı yenilikləri gətirə bilərsiniz? 
- Bundan əvvəlki seçmə mərhələnin oyunlarını izləmişdim. Düzgün taktika və köklənmə ilə müsbət nəticə qazanmaq olar. Yığmaya çağrılan oyunçuların matça 90 dəqiqə köklənmələri lazımdır. Bu, müasir futbolda çox vacibdir.

- Hansı qapıçıya üstünlük verəcəksiniz? 
- Hələlik baxacağıq. İndidən qəti bir söz demək olmur.

- Seçmə mərhələnin startına çox az vaxt qalıb. Xorvatiya ilə oyunadək hansı işləri görəcəksiniz?
- Bəli, martın 21-də Xorvatiya ilə səfərdə qarşılaşacağıq. Nəzərimdə 20 futbolçu var, hansı ki oyunlarını izləmişəm. Amma yeni futbolçulara da baxacağıq. Yerli çempionatda çıxış edənlərlə bağlı məlumatım olsa da, xaricdə çıxış edənlər barədə yoxdur.

- Köməkçiləriniz kimlər olacaq? 
- Bir yerli, bir xorvatiyalı köməkçim olacaq. Qapıçılar üzrə məşqçi də yerli olacaq. Daha iki xorvatiyalı isə yalnız təlim-məşq toplanışlarında və oyunlarda bizimlə olacaqlar. Xorvatiyalı əsas köməkçim Mario Tokiçdir. Yerli namizədlərlə bağlı federsiyadan təkliflər olacaq, onları dəyərləndirib, qərar verəcəyik.

- Millinin əvvəlki baş məşqçisi sabiq komanda yoldaşınız Robert Prosineçki olub. Təklif alan zamanı onunla məsləhətləşdinizmi? 
- Prosineçki ilə 30 ildən çoxdur tanışam. Həm ondan, həm köməkçisi Qordan Tsipriçlə danışmışam. Prosineçkidən ancaq pozitiv sözlər eşitmişəm. Hər şey göz qabağındadır.

- Azərbaycan millisinin üzvləri bir həftədə iki oyun keçirməkdə çətinlik çəkirlər. Bu problemi necə həll etməyi düşünürsünüz? 
- Bəli, bu barədə məlumatlıyam. Problemi aradan qaldırmağa çalışacağam. Bunu futbolçularla tanış olandan sonra daha dəqiq deyə bilərəm.

- Qarşınıza hansı məqsəd qoyulub? 
- Əsas məqsəd oyundan-oyuna inkişaf etmək və AVRO-2020-yə vəsiqə qazanmaqdır. Avropa çempionatına çıxmaq üçün vuruşacağıq. Bilirəm, çətindir. Amma əlimizdən gələni edəcəyik. 

- Prosineçkinin quzu kababından xoşu gəlirdi. Bəs, siz buranın mətbəxini dadmısınız? 
- Prosineçki ilə söhbətimiz yalnız futboldan olmayıb. Hər şeydən danışıb və müsbət sözlər deyib. Ən çox da yeməkləri vurğulayıb (gülür). Türkiyədə də çalışmışam. Bilirəm ki, sizin xalqlarınız, mətbəxiniz çox yaxındır. Amma Xorvatiya mətbəxi də gözəldir.

- Təlim-məşq toplanışı Bakıda, yoxsa xaricdə olacaq? 
- Toplanış Bakıda olacaq. Premyer Liqanın təqviminə baxıb, qərar verəcəyəm.

- Sizdən əvvəlki baş məşqçi Qurban Qurbanovla görüşmüsünüz? 
- Qurbanovun Azərbaycan futbolunda böyük adının olduğunu bilirəm. Onun Serbiyaya vurduğu qollar da yadımdadır. Hələlik görüşmək imkanım olmayıb. Növbəti 2-3 həftədə bütün Premyer Liqa məşqçiləri ilə görüşüb, onlardan da məlumat almaq istərdim.

- Müqavilənizin maliyyə şərtlərini açıqlaya bilərsiniz? 
- Bu məsələ ilə bağlı federasiya rəsmiləri ilə 2-3 dəqiqə söhbətim olub. Maliyyə şərtlərini müqavilə bağlanılandan sonra AFFA rəsmilərindən soruşa bilərsiniz.

- Prosinçeki adətən oyunlardan bir gün qabaq start heyətini açıqlayırdı. Siz də belə edəcəksiniz? 
- Heyətin öncədən açıqlanmasında problem görmürəm. Amma hərdən elə ola bilər ki, bir gün də səbr etmək lazım gələr.

- Prosinçeki ailəsini də Bakıya gətirmişdi. Sizin də belə bir fikriniz var? 
- Prosineçki haqda yalnız pozitiv sözlər eşitmək xoşdur. Həyat yoldaşımla burada yaşayacağıq. Qızlarım Zaqrebdə təhsil aldıqları üçün arada Bakıya gələcəklər.

- Futbol fəlsəfənizdən bəhs edərdiniz...
- Hücumameyilli futbolu bəyənirəm və belə oyuna üstünlük verirəm. Fəlsəfəm 90 dəqiqə köklənmə və düzgün taktiki hazırlıqdır. Lakin səfərdə Xorvatiya, evdə isə Macarıstana qarşı taktiki planımız fərqli olacaq.

Qeyd edək ki, Nikola Yurçeviç baş məşqçi fəaliyyətinə 2002-ci ildə ölkəsinin "Dinamo" (Zaqreb) komandasında başlayıb. O, 2005-ci ildə isə Avstriyanın "Austriya” və Xorvatiyanın "Slaven Belupo” kollektivlərinə rəhbərlik edib. Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan mütəxəssis Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın "Lokomotiv”, Türkiyənin "Beşiktaş” və İngiltərənin "Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib. N.Yurçeviç son olaraq 2018-ci ildə Zaqreb "Dinamo"sunun baş məşqçisi olub. (report)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

Facebookdan bizi izləməyi unutmayın.
X