Çin millisinin yeni baş məşqçisi açıqlanıb.
Fanat.Az xəbər verir ki, Çin Futbol Federasiyası komandanı İtaliya yığmasının sabiq futbolçusu Fabio Kannavaroya tapşırıb. 45 yaşlı mütəxəssis Asiya Kubokunun 1/4 finalındakl məğlubiyyətdən sonra istefaya göndərilən həmyerlisi Marçello Lippini əvəzləyib.
Qeyd edək ki, Kannavaro futbolçu karyerası ərzində "Napoli", "Parma", "İnter", "Yuventus", "Real" və Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əhli" klublarında çıxış edib. Məşqçiliyə "Əl-Əhli"də başlayan vetera futbolçu daha sonra Səudiyyə Ərəbistanının "Əl-Nəsr", Çinin "Quançjou Everqrand” və "Tianjin Quanjian" klublarına başçılıq edib.
Fanat.Az