"AVRO-2020"nin seçmə mərhələsinin ilk oyunu milli komandamıza qarşı keçirəcək Xorvatiya yığmasına yeni futbolçu dəvət olunub.
Fanat.Az xəbər verir ki, baş məşqçi Zlatko Daliç ehtiyat oyunçular siyahısında yer alan Danimarkanın "Nordşelland” klubunun üzvü Karlo Bartoletsi komandaya cəlb edib. Buna səbəb əsas heyətin bir neçə üzvünün zədəli olması olub.
Xatırladaq ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də Zaqrebdə keçiriləcək.
Fanat.Az