12:25 20.03.2019 2148

"Xorvatiyalı futbolçuların bizimlə oyuna necə köklənəcəkləri özümə də maraqlıdı"

"Dünya çempionatının gümüş medalçısı olmuş çox güclü kollektivə qarşı mübarizə aparacağıq. Rəqibin futbolçuları fərdi olaraq, Avropanın top-klublarında mübarizə aparırlar. Bunu dərk edirik, amma eyni zamanda bizi maraqlı oyunun gözlədiyini deyə bilərik. Gözlənilməz oyun yox, çox maraqlı mübarizənin olacağını deyə bilərəm".

Bunu Azərbaycan millisinin və Qazaxıstanın "Tobol" klubunun qapıçısı Emil Balayev Xorvatiya yığması ilə keçirəcəkləri AVRO-2020-nin seçmə qrup oyunu ilə əlaqədar "Report"un Zaqrebə ezam olunmuş əməkdaşına müsahibəsində deyib. 25 yaşlı qolkiper digər sualları da cavablandırıb...

- Kamran Ağayevin milliyə çağırılmamasından sonra qapını kimin qoruyacağı müzakirə olunur. Düşünmürsünüzmü ki, artıq legioner həyatı yaşamağınız sizi əsas heyətə daha da yaxınlaşdırıb?
- Bu barədə konkret biz söz deyə bilmərəm. Düşünmürəm ki, legioner həyatı yaşayıramsa, bu, mənim üçün böyük üstünlükdür. Əlbəttə, bu, futbolumuz üçün yaxşı haldır. Amma Səlahət Ağayevin də beynəlxalq oyun təcrübəsi var və "Neftçi"də gözəl mövsüm keçirir. İşimiz həm məşqlərdə, həm də öz klubumuzun oyunlarında komandaya maksimum xeyir vermək, etimad qazanmaq və bunu qorumaqdır. Qərar verən isə baş məşqçi Nikola Yurçeviç olacaq.

- Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2018-dəki kimi Fransa, İngiltərə və ya Argentinaya qarşı yox, Azərbaycana qarşı oynayacağını bildirib. Əminliklə demək olarmı ki, Xorvatiya ilə matçda əsas yük arxa xəttin üzərinə düşəcək?
- Oyundan əvvəl belə bir fikirdə ola bilmərəm. Hər şeyi görüşün gedişi göstərəcək. Düzdür, Daliç belə bir açıqlama verib. Amma futbolda mümkünsüz bir şey yoxdur.

- Yurçeviç Xorvatiyadan xal almağın yollarını göstərərkən, daha çox hansı məqamları qabardıb?
- Yeni baş məşqçimiz bizi həm psixoloji, həm də taktiki baxımdan hazırlaşdırıb. Deyərdim ki, çox yaxşı hazırlıq prosesi keçmişik. Düşünürəm ki, tapşırıqları yerinə yetirsək, Xorvatiya üçün asan olmayacaq.

- Sizə verilən tapşırıqlar əsasən nələrdən ibarətdir?
- Statistikaya nəzər yetirsək, Xorvatiya yığması güclü komandalara qarşı yaxşı oyun nümayiş etdirir. Amma Ukrayna və Türkiyə kimi ortabab komandalarla qarşılaşmalarda onlar çətinliklə üzləşiblər. Yəni, nisbətən zəif komandalarla görüşlərdə əziyyət çəkirlər. Ona görə də maraqlı mübarizənin olacağını düşünürəm. Özümə də maraqlıdır ki, bizimlə oyuna necə köklənəcəklər. Güclü rəqiblərə qarşı əks-hücum futbolu oynayan Xorvatiya millisinin bizimlə matçda hansı üslubu seçəcəyi maraq doğurur.

- Yeni baş məşqçidə əsas diqqət çəkən xüsusiyyət kimi nəyi qeyd edərdiniz?
- Kostanaydan Bakıya gəlmək üçün ən azı bir gün qət etmək lazımdır. Yəni, Astanaya çatdıqdan sonra 9-10 saat gözlədim, sonra isə təyyarə ilə Bakıya uçdum. Millinin düşərgəsinə qoşulduğum vaxt Yurçeviç məndən uçuşun, Qazaxıstan Premyer Liqası, klubumdakı işlərimin necə alındığını soruşdu, futbolçu həyatımla maraqlandı. Hələlik bunu deyə bilərəm.

- Yeri gəlmişkən, "Tobol"da işləriniz necədir?
- Qazaxıstan Premyer Liqasının ilk 2 turunda maksimum nəticə qazanmışıq. Deyə bilərəm ki, hər şey yaxşıdır. Hər iki qarşılaşmada əsas heyətdə yer almışam. Ev oyunlarımızda "İrtış"a 3:0, "Taraz"a isə 4:1 hesabı ilə qalib gəlsək də, oyunlarımız gərgin keçib. Kostanaya bizimlə görüşə gələn rəqiblər ikiqat motivasiyalı olublar. Sevindirici haldır ki, hər bir oyunçumuz komandaya maksimum xeyir verməyə çalışıb və iki oyuna 6 xal qazanmışıq.

- Keçmiş komandanız "Səbail" də hazırda Azərbaycan Premyer Liqasında pis çıxış etmir. İlk 3 dövrədən sonra 3-cü pillədədir...
- Təbii ki, "Səbail"in çıxışları ilə maraqlanıram. Hətta məşq vaxtına düşməsə, oyunlarını internet vasitəsilə izləyirəm. Komandaya bağlılığım yenə də var.

- Son oyunlarında "Qəbələ" və "Qarabağ"a uduzması "Səbail"in avrokuboklara vəsiqə şanslarını çətinləşdirməyib?
- Bu, gərginliyin artmasından xəbər verir. Çempionatın marağı da bundadır. Amma mən "Səbail"in avrokuboklara vəsiqə qazanacağını düşünürəm. Çünki bu kollektivin hər bir üzvü səylə çalışır. Bunu komandada olduğum vaxt görürdüm. İndi də hiss edirəm ki, yenə belə bir istək var.

- Yeni cəlb olunmuş qapıçı Aleksandr Rıbkanı necə dəyərləndirərdiniz?
- Rıbka təcrübəli qapıçıdır. Düşünürəm ki, o da "Səbail"ə xeyir verəcək.

- Sizcə, "Səbail"in Maykl Essyenlə müqavilə bağlaması reklam məqsədilə atılmış addımdır, yoxsa komandanın güclənməyə həqiqətən də ehtiyacı var?
- Müqavilənin reklam xarakteri daşıyıb-daşımaması barədə konkret fikir deyə bilmərəm. Essyen Çempionlar Liqasının qalibi olmuş futbolçudur. Təbii ki, "Səbail"ə xeyri dəyəcək.

- Düşünmürsünüz ki, Essyenin gəlişi kollektivdə balansı poza bilər?
- Xeyr, belə bir şey düşünmürəm. Çünki rəhbərlik və məşqçilər heyəti öz aralarında götür-qoy etdikdən sonra belə bir qərar verib. Balansın pozulma ehtimalı olsaydı, bu cür qərar qəbul etməzdilər.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
16:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X