Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunları keçirəcək.
Fanat.Az xəbər verir ki, komandamız Estoniya yığması ilə qarşılaşacaq.
Matçlar aprelin 3-də və 6-da təşkil ediləcək. "Dalğa Arena”da keçiriləcək oyunlar müvafiq olaraq, saat 16:30-da və 12:00-da başlayacaq.
Fanat.Az