Aprelin 6-da, "Dalğa Arena”da, saat 12:00-da qadınlardan ibarət Azərbaycan və Estoniya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununa hakim təyinatında dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, Rza Məmmədov zədəli olduğuna görə, Gülyana Özcan köməkçi-hakim funksiyasını yerinə yetirəcək.
6 aprel
12.00 Azərbaycan - Estoniya
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Gülyana Özcan, Yuliya Qurbanova.
Dalğa Arena.
Fanat.Az