"Minsk 2019” II Avropa Oyunlarında çimərlik futbolu üzrə yığma komandaların püşkü atılıb.
Fanat.Az xəbər verir ki, püşk Rusiya və Ukrayna yığmalarını eyni qrupa salıb. Onların mübarizə aparacağı B qrupunda həmçinin İtaliya və İspaniya da yer alıb. A qrupuna isə Belarus, Portuqaliya, İsveçrə və Rumıniya düşüb.
Qeyd edək ki, çimərlik futbolu üzrə oyunlar 25-29 iyunda Minskdə keçiriləcək. II Avropa Oyunları iyunun 30-dək davam edəcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq.
Onu da qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, iki ölkə arasında siyasi böhran səbəbi ilə Ukrayna və Rusiya yığmaları, eləcə bu ölkənin klubları qurumun bayrağı altında keçirilən yarışlarda eyni qrupda yer ala bilməzlər.
Fanat.Az