Təlim-məşq toplanışına başlayan futzal millimizin heyətində dəyişiklik olub.
Fanat.Az xəbər verir ki, Namiq Məmmədkərimov və Fərid Atakişiyevin əvəzində Ramiz Çovdarov və İsa Atayev milli komandaya dəvət olunub.
Hazırlığa Bakıda start verən millimiz ayın 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışı keçəcək. Toplanış çərçivəsində aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya yığmaları ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Fanat.Az