Fanat.Az xəbər verir ki, ilk turda məğlub olan Argentina yenə qələbə qazana bilməyib. Paraqvayla qarşılaşan Lionel Messinin komandası meydanı bir xalla tərk edib - 1:1. Hesabı 37-ci dəqiqədə Riçard Sançes açıb. 57-ci dəqiqədə Lionel Messi penaltidən bərabərliyi təmin edib. 62-ci dəqiqədə Paraqvaydan Derlis Qonzales penaltidən yararlana bilməyib.
Qrupun digər oyununda Kolumbiya Qətərə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qola 86-cı dəqiqədə Duvan Zapata imza atıb.
Qeyd edək ki, B qrupuna iki turdan sonra 6 xalla Kolumbiya başçılıq edir. Paqaqvayın 2, Qətər və Argentinanın bir xalı var.