Amerika Kubokunda 1/4 final mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk görüşdə meydan sahibi Braziliya Paraqvayı sınağa çəkib.
Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Bu səbəbdən qalib penalti seriyasında müəyyənləşib. Penalti seriyasında daha dəqiq olan braziliyalılar yarımfinala vəsiqə qazanıb - 4:3.
Qeyd edək ki, bu axşam 1/4 finalın iki qarşılaşması baş tutacaq. Bakı vaxtı ilə saat 23.00-da Venesuella - Argentina, 03.00-da Kolumbiya - Çili matçları start götürəcək. Mərhələnin son oyunu isə iyunun 29-u, Bakı vaxtı ilə saat 23.00-da Uruqvay və Peru arasında keçiriləcək.