Misir Futbol Federasiyasının prezidenti Hani Abo Rida istefa verib.
Fanat.Az xəbər verir ki, buna səbəb yığmanın Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Cənubi Afrika Respublikasına uduzması olub (0:1).
Məğlubiyyət səbəbindən komandanın meksikalı baş məşqçisi Havyer Aqirre və bütün köməkçiləri də istefa verib.
Qeyd edək ki, Afrika Millətlər Kubokuna Misir ev sahibliyi edir.
Fanat.Az