CONCACAF (Şİmali, Mərkəz Amerika və Karib hövzəsi) ölkələrinin yığma komandaları arasında keçirilən Qızıl Kubokun (Gold Cup) qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Çikaqodakı "Soldier Field" stadionunda baş tutan final matçında Meksika və ABŞ milliləri qarşılaşıb.
62 mindən çox tamaşaçının canlı izlədiyi oyunda bir qol vurulub və Meksika qalib gəlib - 1:0. Yeganə qola 73-cü dəqiqədə Covani dos Santos imza atıb.
Bu, tərəflərin Qızıl Kubokunun finalında 6-cı görüşü olub: onlardan beşində meksikalılar qələbə qazanıb. Meksika ümumilikdə oynadığı 9 finaldan 8-də qalib gəlib. Bu turnirin rekordudu. ABŞ isə 11 finaldan 6-da qızıl medallara sahib çıxıb.
Qeyd edək ki, turnirin "ən yaxşı” futbolçusu adını Raul Ximenes (Meksika) qazanıb. Yarışın bombardiri isə 6 qolla Conatan David (Kanada) olub.