"Bəzən məğlubiyyətdən sonra hər şeydə başqalarını ittiham etməyə cəhd edirik”.
Braziliya millisinin və PSJ-nin futbolçusu Tyaqo Silva argentinalı həmkarı Lionel Messiyə cavab verib.
Fanat.Az xəbər verir ki, Messi Amerika Kubokunun yarımfinalında Braziliyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra hakimin oyun ərzində VAR-dan istifadə etməməsini qabartmış və Cənubi Amerika Futbol Konfederasiyasını (CONMEBOL) korrupsiyada ittiham etmişdi. O, konfederasiyasının Braziliyanı çempion etməyə çalışdığnı bildirmişdi.
Silva "Barselona"da çıxış edən həmkarına eyni sərtliklə cavab verib: "Fikrimcə, PSJ "Barselona”ya 1:6 hesabı ilə uduzanda Messi hakim rolunu icra edirdi. Amma biz "Barselona”nın lehinə olan hakimliyi müzakirə etmədik. Hörmət nümayiş etdirmək lazımdı. Braziliya təsadüfən 5 dəfə dünya çempionatlarında qalib olmayıb. Onların hamısı meydanda qazanılıb”.
Qeyd edək ki, Amerika Kubokunun finalında Braziliya Perunu 3:1 hesabı ilə yenib.
Fanat.Az