"AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasının heyətində dəyişiklik olub.
Fanat.Az xəbər verir ki, "Yuventus”un futbolçusu Aaron Remzi heyətdən kənarlaşdırılıb. Dəyişikliyin səbəbi açıqlanmasa da, Remzi zədə səbəbindən sonuncu dəfə bu ilin aprelində meydana çıxıb və oyun praktikasından əziyyət çəkir. Onun adı A seriyasının I turunda "Parma” ilə matçın protokoluna da daxil edilməyib.
Remzinin əvəzinə "Mançester Yunayted”in futbolçusu Dilan Levitt milliyə dəvət alıb.
Qeyd edək ki, Uels - Azərbaycan oyunu sentyabrın 6-da Kardiff şəhər stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.
Fanat.Az