"AVRO-2020"nin seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, ötən gün Almaniya millisi Hollandiyanı qəbul edib. 6 qolun vurulduğu oyunda hollandlar qələbə qazanıb - 4:2.
Almaniyanın heyətində Serj Qnabri və Toni Kroos fərqlənib. Hollandiyanın qollarına isə Frenki de Yonq, Donyell Malen və Corcinyo Viynaldum imza atıb. Bir qolu isə almanlardan Conatan Tah öz qapısına vurub.
Qeyd edək ki, 4 oyun keçirən Almaniya 9 xalla ikinci, 3 matça çıxan Hollandiya 6 xalla üçüncü pillədə qərarlaşıb.
Fanat.Az