Argentina darmadağın etdi, Braziliya uduzdu - VİDEO
Ötən gün milli komandalar arasında rəsmi oyunlarla yanaşı, yoldaşlıq görüşləri də baş tutub.
Fanat.Az xəbər verir ki, Argentina millisi Meksika ilə qarşılaşıb və 4:0 hesablı qələbə qazanıb. Lautaro Martinesin het-trik etdiyi oyunda Leandro Paredes bir qol vurub.
Braziliya millisi Los Ancelesdə Peru ilə üz-üzə gəlib. Bir qolun vurulduğu oyunda Peru qələbə qazanıb. Yeganə qola Luis Abram imza atıb.
Çili millisi Hondurasa 1:2 hesabı ilə uduzub, Ekvador Boliviyanı darmadağın edib - 3:0. ABŞ - Uruqvay (1:1) və Kolumbiya - Venesuella (0:0) oyunlarında qalib müəyyənləşməyib.
Avropa təmsilçilərindən isə Ukrayna Nigeriya ilə "sülh" bağlayıb (2:2), İrlandiya Bolqarıstana qalib gəlib (3:1).