Bu gündən etibarən Bakıda təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub.
Fanat.Az xəbər verir ki, zədəli olduğu üçün Mehrac Baxşəliyev ("Qəbələ") toplanışa qatılmayıb. Eldar Tağızadə ("Fundacion Marcet", İspaniya) isə hazırlıq prosesinə sentyabrın 16-da qoşulacaq.
Fanat.Az