Uels yığmasının Azərbaycanla "AVRO-2020"nin seçmə mərhələ oyununda daha iki futbolçusu iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, "Lester"in qapıçısı Denni Uord şəxsi işləri, "Derbi"nin hücumçusu Tom Lourens isə xəstələndiyi üçün Bakıya səfər etməyəcək.
Bundan əvvəl isə "Aston Villa”nın müdafiəçisi Nil Teylorun şəxsi işləri ilə əlaqədar yığmanın düşərgəsini tərk etdiyi açıqlanmışdı.
Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Bundan 3 gün sonra britaniyalılar Macarıstanı qəbul edəcəklər.
Fanat.Az