"Yeni dəvət olunmuş futbolçulara şans verməyi
planlaşdırmışdıq və belə də etdik. Oyunun əvvəlində bir qədər istədiyimizi
reallaşdıra bilmədik".
Fanat.Az
xəbər verir ki, bu sözəri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Ukrayna
ilə yoxlama oyunundan (1:1) sonra AFFA-nın saytına açıqlamasında deyib.
O, komandada müəyyən çatışmazlıqlar olduğunu
bildirib: "Çıxışımız qeyri-sabit alınırdı, əminlik çatmırdı. Bu da qeyd
etdiyim kimi, heyətdə yeni dəvət etdiyimiz futbolçulara üstünlük verməyimizdən
və çox istəkli olmağımızdan irəli gəlirdi. Son 30 dəqiqədə 2 hücumçu ilə çıxış
etdik. Narazı qaldığım məqamlardan biri oyun zamanı bəzən nəzarəti tamamilə
əldən verməyimizlə bağlıdır. Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik.
Ukrayna millisinin əks-hücumlarda daha yaxşı təsir bağışladığını bilə-bilə
onlara oynamaq imkanı yaradırdıq”.
Fanat.Az