"Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı. Bu cür futbol
oynayan komandaya qol vurmaq çox çətindir".
Fanat.Az
xəbər verir ki, bu sözləri U-17 millimizin baş məşqçisi Vüqar Məmməd Avropa
çempionatının ilkin seçmə mərhələsindəQazaxıstana uduzduqları oyundan
sonra deyib.
O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:
"İki kobud səhv etdik. Nəticədə rəqib də bundan məharətlə istifadə edib
qalib gəlməyi bacardı. Taktiki baxımdan üstün olduğumuzu qeyd edə bilərəm.
Sadəcə, əvvəlki oyunlarda olduğu kimi, yaratdığımız qol imkanlarını
dəyərləndirə bilməmək problemimiz davam edir. Futbolçularımız öz üzərilərində
çox çalışmalıdırlar”.
Fanat.Az