"Azərbaycanla matçda müdafiə xəttimiz işsiz qaldı".
Fanat.Az xəbər verir ki, bunu millimizi Trnavada 2:0 hesabıyla yenən Slovakiya yığmasınınbaş məşqçisi Pavel Hapal deyib.
AVRO-2020-nin seçmə mərhələsinin son turunda təmsilçimizə qarşı keçirilən görüşün ardından mətbuat konfransına qatılan mütəxəssis oyunu dəyərləndirib:
"Yaxşı başladıq. 100 faizli qol şanslarımız oldu. Birinci hissədən sonra
komanda bir qədər inamsız görünürdü. Bəlkə də Uelsdəki oyunun nəticəsi ilə
bağlı məlumat almışdılar. Azərbaycan millisinin ikinci hissədə 2 qol şansı
oldu. Lakin qapıçımızın inamlı oynadı. Daha sonra isə ikinci qolu vurmaqla nöqtəni
qoyduq".
Fanat.Az