16:39 20.11.2019 2728

1 milyard dolların müqabilində 1 xal... - SORĞU

Bildiyiniz kimi, millimiz AVRO-2020-nin seçmə mərhələsində 1 xalla qrupda sonuncu olub. 

Bununla da yığma komandamız 24 illik anti-rekordunu yeniləyib. Belə ki, AVRO-1996-dan başlayaraq beynəlxalq arenada çıxış edən Azərbaycan millisi həmin il də cəmi 1 xal qazanmağı bacarmışdı. 

Millimizin bu çıxışı ilə bağlı olaraq Sport7.az tanınmış jurnalistlərin fikirlərini öyrənib: 

Rəşad Ergün (Komanda.az saytının baş redaktoru): "Son günlər sosial şəbəkədə bu mövzuda dəfələrlə fikirlərimi yazmışam. Bəli, insafla desək, Azərbaycan milli komandasının yer aldığı qrup bu dəfə yetərincə çətin idi. Amma bir məsələ var: aradan keçən illər ərzində Azərbaycan millisi az da olsa, inkişaf etməli, güclənməli idi ki, bu cür rəqiblərə qarşı mübarizə aparsın. Biz mübarizə apardıqmı? Apardıqsa, hanı nəticəsi? Bakıda Xorvatiya millisindən alınan o 1 xal da olmasa, biz sanki seçmə mərhələdə olmamış kimi olacaqdıq. Hərçənd, Xorvatiyanın Bakıda xal itirməsi ilə bağlı da müəyyən şübhələrim var.
 
Təkcə rəhbər postlarda dəyişiklik etməklə bu azardan, rüsvayçılıqdan xilas olmaq mümkün deyil. Bizim toplum olaraq topa, futbola baxışımız dəyişməlidir. Dəyişə bilməyəcəyiksə, futbolla vidalaşmağımız lazımdır. Azərbaycan futbolunun göz yaşlarından, ağrılarından, sancılarından pul qazanan adamların hamısı - Elxan Məmmədovdan tutmuş, AFFA İcraiyyə Komitəsinin üzvlərinə kimi qovulmalıdır. Uşaq futbolundakı məşqçilər test edilməlidir, onların hansı şəraitdə futbolçu yetişdirdikləri öyrənilməlidir. Görünən budur ki, Azərbaycan futbolu adına futbolçu yox, nəsə başqa şeylər hazırlayırlar".
 


Səbuhi Sədəf (Lent.az saytının redaktoru): "Bircə söz deyəcəyəm, 2005-2015-ci illər futbolun inkişafı Dövlət Proqramına az qala 1 milyard dollar xərclənib və bunun müqabilində 1 xal! Simvolikdir..."

Əli Sahib (Fanat.az saytının baş redaktoru): "Bir xal deməyək! Futbolumuzu idarə edənlərin işinə verilən qiymət deyək. Ədalətli qiymətdir, hətta çoxdur. Nə deyim ki, başlayacaqlar gücümüz budur, olanımız budur. Əslində, bu fikir də səhvdir. 12 il futbolçu yetişdirmək, ölkədə futbol siyasətini düzgün qurmaq üçün kifayət edəcək müddətdir. Bəhanələri var - futbol ölkəsi deyilik. Heç biz də millimizdən Avropa çempionu olmağı tələb etmirik. Yorğanımıza görə ayağımızı uzadıb, oyundan-oyuna, mərhələdən-mərhələyə inkişaf, irəliləyiş görmək istəyirik. Görünən odur ki, Elxan Məmmədovlar futbolumuzu uçurumun dibinə yuvarlatdı. Normalda çıxıb hesabat vermələri lazımdır. Məşqçi, nə bilim tərcüməçi istefası boş söhbətdir. Futbolumuzun qərargahı - AFFA-da şlaqbaumdan başlayıb, "krışa"sına qədər dəyişməyin vaxtıdır, bəlkə də gecikirik. Bu qədər maxinasiyanı, zir-zibili ört-bastır etmək istəyən Məmmədovun xadimələri belə futbolumuzdan rədd olub getməlidir".

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

Facebookdan bizi izləməyi unutmayın.
X