"AVRO-2020"nin iki oyununu Bakıda keçirəcək Uels yığmasının baş məşqçisi Rayan Giqqz Britaniya mətbuatına açıqlama verib.
Fanat.Az xəbər verir ki, qitə çempionatının noyabrın 16-da Azərbaycan yığması ilə keçirdikləri seçmə mərhələ görüşlərini yada salan 46 yaşlı mütəxəssis yayda start götürəcək birincilikdə İsveçrə və Türkiyə ilə Bakıda qarşılaşacaqlarından danışıb.
"Bu yaxınlarda Bakıya səfər etmişdik. Yaxşı səfər oldu. Orda qələbə qazandıq və yaxşı təcrübə topladıq. Yerli şərait və isti havalardan asılı olmayaraq, Bakıda qalacağıq. Bu səbəbdən, daha yaxşı seçim ola bilməzdi. Biz oyunlar keçirəcək və idman obyektləri ilə tanış olacağıq. Orada olduğumuz vaxt həmin obyektlərin gözəlliyinin şahidi olduq. Bu iki matçla Azərbaycan bizi ikinci ölkəmiz kimi qəbul edə bilər".
Uels yığması Bakıda iyunun 13-də İsveçrə, 17-də Türkiyə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq. İtaliya ilə görüşlərini isə iyunun 21-də "Olimpiko" stadionunda keçirəcəklər.
Fanat.Az