Moskva "Spartak"ı azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyevi göndərməkdə maraqlıdır.
Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Ayazın yanvarda ölkənin başqa klubuna – 2018/19 mövsümündə milli hücumçumuz Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov”a keçməsini təklif edib. Amma orta xətt oyunçusu bu varianta razılaşmayıb.
Bu ilin yanvarında "Rostov"dan "Spartak”a keçən 23 yaşlı Ayazın aqibətinin necə olacağı dəqiq bilinmir. Azərbaycanın əsas millisində oynamaq üçün AFFA-dan aldığı təklifə cavab verməyə tələsməyən futbolçunun sonrakı addımları maraq doğurur.
Fanat.Az