Antalyada hazırlıq prosesi keçən 19 yaşlılardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, seçməmiz Makedoniyanın U-19 yığması ilə üz-üzə gəlib. Oyun Samir Əliyevin rəhbərlik etdiyi kollektivin qələbəsi ilə başa çatıb - 2:0. Yığmamızın qollarını Camal Cəfərov və Elçin Qasımov vurub.
Qeyd edək ki, təmsilçimiz daha öncə "Alnyaspor"un 19 yaşlılardan ibarət komandasını 4:2 hesabı ilə yenib.
Fanat.Az
|