15:39 27.01.2020 1722

Joze Alesio Da Silva: "Elit-raund"u minimum ikinci pillədə başa vurmalıyıq"

"DÇ-2020"nın elit-raund mərhələsinə hazırlığını oyunların keçiriləcəyi Xorvatiyanın Osiek şəhərində davam etdirən futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silvanın affa.az saytına müsahibəsi 

- Milli komanda yanvarın 25-dən məşqlərini Osiek şəhərində davam etdirir. Komanda ilə bağlı hansı məlumatları paylaşmaq istərdiniz?
- Təbii ki, oyunların keçiriləcəyi şəhərə 4 gün əvvəldən gəlməyimiz yaxşı oldu. Məşqlərimizi "Qradski vrt” idman kompleksində davam etdiririk. Bu da həm saat fərqinə, həm də zala uyğunlaşmaq baxımından müsbət məqamdır. İntizam baxımından da komandada vəziyyət qaydasındadır. Uşaqlar çox istəklidirlər və bütün fikirlərini məşqlərə yönəldiblər. Bu gün məşqimizi plan üzrə davam etdirəcəyik. Oyunöncəsi son hazırlıqda isə standard vəziyyətlər və taktiki gedişlərlə bağlı çalışmaları yerinə yetirəcəyik. Artıq Rafael Vilela və Everton Kardoso da komandaya qoşulublar. Düzdür, Kardoso gecə gəlib və o, hələ bu gün komanda ilə ilk məşqinə çıxacaq.

- Bəs Rafael Vilelanın hazırlıq durumu necə, sizi qane edirmi?
- Çox yaxşı formadadır. Braziliya çempionatında fasilə yarandıqdan sonra müəyyən axsama hiss olunurdu. Ancaq onun son iki həftəni İspaniyada, yeni klubunun heyətində keçirməsi vəziyyəti xeyrinə dəyişdi.

- İlk oyuna cəmi 2 gün qalıb. Sizi narahat edən məqam varmı?
- Ciddi problemimiz yoxdur. Bəzi oyunçularımız var ki, onlar zədələrini yeni sağaldıblar. Xüsusilə də Vassoranın bərpadan sonra tam hazır olmadığını deyə bilərəm. Gündən-günə irəliləyiş hiss olunur, amma fiziki baxımdan hazırda 70-80 faiz hazırdır. Thaqo da zədədən sonra problemlər yaşadı. Ancaq Vassora ilə onun zədəsi fərqlidir və belədə bərpa prosesi də eyni olmur. Vassoranın zədəsi gec sağalanlar sırasındadır. Müqayisə etsək, Thaqo daha yaxşı formadadır.

- Ümumiləşdirsək, komanda ilk oyuna neçə faiz hazırdır?
- 80 faiz hazır olduğumuzu deyə bilərəm. İndi qalır komandaya gec qoşulan Vilela və Kardosoya müdafiə və hücumla bağlı tapşırıqları mənimsətmək. Bunun üçün də iki məşqimiz var və ilk oyuna qədər lazım olan informasiyanı onlarla bölüşəcəyəm.

- Yığma rəsmi oyunlara Xorvatiya ilə qarşılaşma ilə başlayacaq. Rəqibi necə xarakterizə edərdiniz?
- Bir neçə oyunlarını izləmişəm. Hətta 2017-ci ildə Qazaxıstan millisində çalışan vaxt onlarla qarşılaşmışıq. Düzdür, qələbə qazanmışdıq, ancaq yaxşı kollektiv olduqlarını vurğulamalıyam. Fiziki cəhətdən güclüdürlər. Heyətlərində fərdi oyun planında seçilən futzalçılar çoxdur. Onlar fərqli oyun sistemində çıxış edirlər. Cinahlarda təkbətək epizodlarda rəqibini keçib, "stolba”ya ötürmə verməyə və çoxsaylı real qol epizodu yaratmağa üstünlük verirlər. Bu cür epizodlarda diqqətli olmalıyır.

- Bəs digər iki rəqib – Rusiya və Slovakiya haqda hansı məqamları bölüşmək istərdiniz?
- Rusiya yığması ən çox qarşılaşdığımız rəqibdir. Onlar həm fiziki, həm də fərdi baxımdan seçilirlər, təcrübəli futzalçıların üstünlük təşkil etdiyi kollektivdir. Daxili çempionatları da çox güclüdür. Qrupumuzun favoritidir. Slovakiya ilə isə Bakıda qarşılaşmışdıq. Bildiyim qədər, əsas oyunçularından biri zədələnib və elit-raund mərhələsində iştirak edə bilməyəcək. Yaxşı kollektivləri var. Ümumiləşdirsək, qrupumuzda asan oyun olmayacaq.

- Komandanın qarşısına hansı tapşırıq qoyulub?
- Elit-raund mərhələsini minimum ikinci pillədə başa vurmalıyıq. İlk oyundan çox şey asılıdır. Bu matçın nəticəsinə uyğun ikinci görüşün tapşırığını müəyyənləşdirəcəyik. İstənilən halda, biz yenidən dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyirik.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

Facebookdan bizi izləməyi unutmayın.
X