Antalya şəhərində təlim-məşq toplanışında
olan 19 yaşadək futbolçulardan ibarət yığmamız hazırlıq çərçivəsində bu
gün son yoxlama matçına çıxıb.
Fanat.Az
xəbər verir ki, seçməmizin rəqibi şimali makedoniyalı həmyaşıdları olub. Matç millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Samir Əliyevin komandasının qollarını Mustafa Yıldırım və Samir Abdullayev vurub.
Qeyd edək ki, tərəflərin yanvarın
25-də keçirilmiş ilk sınağında bizimkilər 2:0 hesablı qələbə qazanıb. Təmsilçimiz daha öncə Türkiyənin "Alanyaspor” klubunun U-19 komandasını da 4:2 hesabıyla yenmişdi.
Fanat.Az