Almaniyanın 2-ci Bundesliqasında 19-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi "Vehen”in qonağı olub. Nazarovun komandası 0:1 hesabı ilə uduzub. Meydana start heyətdə çıxan millimizin üzvü sonadək oynayıb. Cari mövsümdə 7 qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
19 tura 29 xal yığan "Ersgebirge” turnir cədvəlində 18 iştirakçı arasında 6-cıdı.
Fanat.Az