İspaniya 2-ci liqasında 29-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete” də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Numansiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası 2:1 hesablı qələbəyə sevinib. İsrafilov oyunun iştirakçısı olmayıb. O, bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
33 xalı olan "Albasete” hazırda turnir cədvəlində 22 iştirakçı arasında 18-cidi.
Fanat.Az