17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası UEFA İnkişaf turnirində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Maltanın Ta Qali şəhərindəki "Centenary” stadionunda Malta yığması ilə qarşılaşan futbolçularımız 0:2 hesabıyla yenilib.
Təmsilçimiz ilk turda Cəbəllütariqə 2:0 hesabıyla qalib gəlsə də, ardından Şotlandiyaya 0:7 hesabıyla uduzmuşdu.
Fanat.Az