U-21 millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi Çexiyanın "Viktoria” (Zizkov) klubu növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komanda "Sokolov” ilə qarşılaşıb.
Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib-3:3. Fərid bu oyunda çıxış etməyib. Onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, Nəbiyev komandası ilə keçirdiyi yoxlama görüşlərində 4 qol vurub.
Fanat.Az