"Başakşehir”in sabiq məşqçisi – Abdulla Avcının köməkçisi qismində çalışmış Serhat Gülpınar Azərbaycan millisinin baş məşqçisi postundan danışıb.
Fanat.Az-ın məlumatına görə, "ajansspor”a açıqlama verən mütəxəssis belə deyib: "Abdulla Avcı ilə Beşiktaş”dan ayrılandan sonra görüşmüşük. Mənə mövsümün sonuna qədər işləməyəcəyini, istirahət edəcəyini dedi. Onu Azərbaycan millisinin baş məşqçisi postunda görmək istəyirdilər. Amma məsələ açıq qaldı”.