Cənubi Kipr millisinin baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının 2020/21 mövsümünün püşkünü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, belçikalı mütəxəssis qrup haqqında nikbin düşünür:
"Bir neçə gün sonra Lüksemburqla yoldaşlıq oyununda üz-üzə gələcəyik və rəqibin gücünü görəcəyik. Çox maraqlı qrupa düşdük. Qarşıda yoldaşlıq oyunları var. Həm öz oyunumuzu, həm də rəqiblərimizi analiz edə biləcəyik. Bizim üçün iş indi başlayır. Sentyabr ayına qədər keçirəcəyimiz 4 yoldaşlıq matçından maksimum yararlanacağıq ki, oyunlara qədər tam hazır olaq”.
Qeyd edək ki, Cənubi Kipr millisi C liqasının 1-ci qrupunda Azərbaycan, Lüksemburq və Monteneqro ilə mübarizə aparacaq.
Fanat.Az