Azərbaycan yığmasının Millətllər Liqasındakı rəqiblərindən olan Kipr seçməsinin kapitanı Giorqos Merkis milli karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, APOEL-in futbolçusu bu barədə İnstagram hesabında özü yazıb.
36 yaşlı müdafiəçi millidə 54 oyuna çıxıb, 2 qola imza atıb.
Qeyd edək ki, UEFA Millətlər Liqasında Azərbaycan C Liqasının I qrupunda Kipr, Monteneqro və Lüksemburqla mübarizə aparacaq.
Fanat.Az