Rusiya Premyer Liqasında 22-ci turunda adı "Spartak”ın iştirak ərizəsinə düşməyən Ayaz Quliyevin narazılığı getdikcə artır.
Fanat.Az-ın futbolçuya yaxın mənbədən əldə etdiyi məlumata görə, "Orenburq”la dünən baş tutan görüşdən sonra (Moskva təmsilçisi 3:1 hesabıyla qalib gəlib) futbolçu yaxınları ilə görüşüb. Qışda icarəyə verilmədiyi üçün "Spartak”ı suçlayan Ayaz paytaxt klubunun icarə müqaviləsi üçün çox pul istədiyini qabardıb. Azərbaycan millisinə cəlb edilməsi gündəmdə olan Quliyev yanvarda "Rostov”un və daha 2 klubun maraq dairəsinə düşdüyünü, ancaq moskvalılar "pul oxuduğu”na görə "Spartak”da qaldığını bildirib.
Fanat.Az