İspaniyada - Sequnda təmsilçisi "Albasete”də top qovan Eddi İsrafilov koronavirusla bağlı düşüncələrini bölüşüb.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi klubun rəmsi "Youtube" kanalına danışıb:
"Boş vaxtlarda adətən kitab oxumaq, film izləmək və oyun oynamaq olar. Mən də belə edirəm. Bəzən darıxdırıcı olsa da, bunlara əməl etməliyik. Söhbət sağlamlığımızdan gedirsə, ciddi yanaşmalıyıq. Futbol üçün hamımız darıxırıq. Qısa zamanda hər şeyin düzələcəyinə inanıram”.
Fanat.Az