Çexiyanın "Viktoriya” klubu yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi Jijkov təmsilçisi səfərdə "Yablonets”lə qarşılaşıb.
Komandalar gün ərzində fərqli heyətlərlə iki dəfə üz-üzə gəlib. Fərid ilk oyunun iştiraçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb. "Viktoriya" görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.
Fəridin iştirak etmədiyi matçda isə "Yablonets” eyni hesablı zəfərə sevinib.
Fanat.Az