Ukrayna Premyer Liqasında 26-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv "Desna”nı qəbul edib. Futbolçumuzun komandası ötən turda Kiyev "Dinamo”su ilə oyunda olduğu kimi, bu görüşdən də 1:5 hesablı məğlubiyyətlə ayrılıb.
Paşayevin adı oyunun iştirak ərizəsinə salınmayıb.
"Aleksandriya” 26 turdan sonra 43 xalla çempionluq uğrunda mübarizə aparan "ilk altılıq"da 5-ci pillədə mövqe tutub.
Fanat.Az