İspaniya Sequndasında 33-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete” də növbəti matçına çıxıb.
Eddinin komandası səfərdə "Ekstremadura” ilə üz-üzə gəlib və 1:0 hesablı zəfərə sevinib.
İsrafilov start heyətdə meydana çıxıb və 51-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü 28-ci dəqiqədə sarı vərəqə alıb.
38 xalı olan "Albasete” hazırda turnir cədvəlində 22 iştirakçı arasında 17-cidi.
Fanat.Az