Alman mütəxəssis Rayner Kraft AFFA-dan təkilf aldığını etiraf edib.
Fanat.Az xəbər verir ki, 58 yaşlı mütəxəssis bu barədə "Teckbote" nəşrinə açıqlama verib.
Kraft bildirib ki, 2010/11 mövsümündə ölkəsinin "VFL Kirhhaym" komandasının baş məşqçisi olduğu vaxt AFFA-dan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini çalışdırmaq təklifi alıb. Amma "VFL Kirhhaym"a başçılıq etdiyi üçün təklifdən imtina edib.
Qeyd edək ki, Rayner Kraft müxtəlif vaxtlarda AFFA-nın təşəbbüsü ilə keçirilən UEFA-nın A kateqoriyalı lisenziya kurslarına rəhbərlik edib.
Fanat.Az