Ukrayna Premyer Liqasında 28-ci tura start verilib.
Fanat.Az xəbər verir ki, millimizin futbolçusu Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" "Kolos"un qonağı olub və 1:2 hesabı ilə yenilib.
Paşayev start "11-lik"də yer alıb və 69-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, ilk "altılıq"da mübarizə aparan "Aleksandriya" hazırda 43 xalla 5-ci pillədə mövqe tutub.
Fanat.Az