15:37 30.06.2020 1659

Kin, "təcrübə dovşanı" və reklam meneceri

AFFA-nın cahanşümül siyasəti nəticəsində milli dekabrdan başsızdı. Hə, mövcud pandemiya dönəmində bunun o qədər də önəmi yoxdu. Amma indiki durumun hamıdan çox "şüşəli sarayın baş vəzir"inin - Elxan Məmmədovun işinə yaradığı da faktdı. Niyə məhz Məmmədovun? Qurumda at oynadan icraçı vitse-prezident təcrübə dovşanına çevirdiyi yığmanın üzərində yeni-yeni sınaqlar aparmaq fürsəti qazanıb. Zəlzələdənmi, vəlvələdənmi, əfsanələşən COVİD 19 olayı adamın manevr imkanlarını bir qədər də genişləndirib. İndi həm yaxşı bəhanəsi var, həm də mətbuatdan əvvəlkindən də betər qaçmaq imkanı...

Məşhur futbol veteranı Roy Kinin millinin baş məşqçi postuna əsas namizədlərdən biri olmasını qurum özü də rəsmən təsdiqləyibsə, deməli, bu haqda müəyyən fikirlər səsləndirməli, mənəvi öhdəliyimizi yerinə yetirməliyik. Şübhəsiz, oynadığı dönəmdə haqq etdiyi nüfuzu qazanan irlandiyalı nə yaxşı, nə də orta səviyyəli məşqçidi. Sadəcə, bərbaddı! İngiltərə mənbələrinə baş vursaq, "Sanderlend"i elitaya qaytarandan sonra uğur qazana bilməməsi həm xarakterindəki çatışmazlıqlar, həm də belə desək, yeniliklərlə ayaqlaşa bilməməsi ilə bağlıdı. Effektsiz sərtliyi, oynadığı dönəmin futbolunun nə dərəcədə dəyişdiyini sezə bilməməsi özlüyündə maraqlı məqamlardı. Nə yazıq ki, adam 2011-ci ildən bəri Vəli Qasımov demişkən, inkişaf etmək əvəzinə dal-dala gedir. 9 ildi ki, hər hansı özünə hörmət edən komandadan baş məşqçi olmaq təklifi almayıb. Şəxsi münasibətləri hesabına bir vaxtlar formasını geyindiyi "Nottingem Forest"də fransalı mütəxəssisə - həmyaşıdı Sabri Lyamuşiyə (fransız Kindən 3 ay kiçikdi) kömək edir. Böyük ehtimalla, bu mövsüm də Premyer Liqaya vəsiqə qazana bilməyəcək "meşəbəyilər"in ana problemləri məntiqlə, bizlər üçün indilik xüsusi əhəmiyyət daşımamalıdı. Bu məqamlar üzərində Kin yığmaya "yapışdırılacağı" halda dayanmaq olar.

Əslində AFFA-dakı əlaltılarının ağzını lazım olandan da yaxşı bağlayan Məmmədov avam adam deyil. Özü də bilir ki, nəinki Kin, heç Azərbaycan millisini çalışdırmağa razılıq verəcək ən yaxşı əcnəbi də təmsilçimizlə ciddi dirçəlişə imza atmayacaq. Assosiasiyada kök atan adamın dünyanın gözünü kor qoyub Kinə təklif göndərməsinin isə bircə adı var: növbəti mənəvi cinayət! 

Britaniya futbolu ilə azərbaycanlıların oynaya bildiyi arasında uzlaşma axtarmaq üçün ya futbolu bilməməlisən, ya da yumşaq desək, özünü axmaqlığa qoymalısan. Zamanla "Arsenal"ın əfsanəsi Toni Adamsın "Qəbələ"dəki fəaliyyətini də görmüşük, barmaqla sayılacaq sayda britaniyalının Azərbaycan çempionatındakı oyunlarını da... Şübhəsiz, İngiltərə mətbuatında yayılan xəbərdən sonra biz də özlüyümüzdə daha çox futbol ictimaiyyətini ələ salmaq sayılan təklifin Roya niyə göndərildiyi üzərində baş sındırdıq. Bircə tutarlı faktdan başqa heç nə tapmadıq. Roy pivə və viski azarkeşidi. Hələ "Mançester Yunayted"də oynadığı dönəmdə jurnalistlərin hər axşam "Yaralı Canavar" pabında tapdığı ulduz oyunçu gündəlik spirtli içki qəbul edir. Adams kimi əyyaşlıq üzündən bir neçə dəfə müalicə almasa da, boğazını yaşlamayanda keyfi yerində olmur. Məlum səbəbdən təxirə düşən AÇ oyunlarındakı mümkün pivə çatışmazlığından dəm vuran Elxan bəyin Kin sevdası yalnız bundan qaynaqlana bilər. Təbii, müasir reklam məsələlərindən anlayışı olan "vəzir"in irlanda beynindəki marketinq planlarını həyata keçirmək üçün yaxşı vasitə gözüylə baxması da ağlabatandı.  
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

Facebookdan bizi izləməyi unutmayın.
X