"Sumqayıt" tərk edərək İsrailə yollanan Əmir Ağayev ölkəsinin "Jsport.co.il" saytına müsahibə verib.
Fanat.Az həmin müsahibəni təqdim edir.
- "Sumqayıt"ın ilk dəfə Avropa Liqasına vəsiqə qazanması münasibətilə sizi təbrik edirik. Bu, gözəl hiss olmalıdı. Mövsümün əvvəlində bunun alınacağına inanırdız?
- Bəli. Çünki əla komandamız var və yekunda sevindik.
- Sizinlə müqavilənin uzadılmamasına koronavirus səbəb oldu, yoxsa bu, daha çox peşəkar qərar idi?
- Müqaviləmin uzadılmamağımım koronavirusla heç bir əlaqəsi yoxdu. Yeri gəlmişkən, koronavirus olmasaydı, əminəm ki, keyfiyyət baxımından şəxsi rekordumu yeniləyəcəkdim.
- İrəliyə doğru addım atmağa - ölkə xaricində və ya İsraildə oynamağa hazırsız?
- Hazırda İsraildəyik və nə edəcəyimizi düşünürük. Vəziyyəti təhlil edib, nəyi necə edəcəyimizi düşünürük. Hər şeyi araşdırırıq. Həmişə hazıram. Amma indi daha təcrübəliyəm. Həyatımda 1-2 hadisə baş verdi ki, mənə çox şey şey öyrətdi.
- Azərbaycanda çempionatın səviyyəsi necədi? Liqanın güclü və zəif tərəfləri sizi təəccübləndirdi?
- Hər zaman demişəm ki, liqaların əksəriyyəti eyni səviyyədədi. Əlbəttə, ən yaxşı 5-6 çempionatdan başqa.
- Şübhəsiz, ailənizin yanınızda olması Bakıda həyatınızı asanlaşdırırdı. Orda qalmaq onlar üçün necə idi? Uşaqlarla birlikdə yeni və yad yerə necə uyğunlaşdız?
- Biz nisbətən tez uyğunlaşdıq və ora çox xoşuma gəldi. Çünki Bakı həqiqətən möhtəşəm şəhərdi. Düzdü, vətən üçün darıxırdıq. Çünki bu dəfə uzun müddət ayrı qaldıq. Amma karyeram və dolanışıq üçün müəyyən güzəştlərə gedirik.
- Sizin üçün yaxşı keçən mövsümdən sonra düşünmürsüz ki, İsraildə oynasaydız, yığmaya dəvət alardız?
- Dünyanın istənilən çempionatında oynamağınızdan asılı olmayaraq özünüzü ən yaxşı tərəfdən göstərməlisiz. Buna görə də harda çıxış etməyimin fərqi yoxdu.
- Azərbaycan vətəndaşlığınız da var. Bu, yerli yığmaya dəvət almağınıza kömək edə bilər?
- Azərbaycan millisində oynamağım üçün neçə nəfərin mənimlə maraqlandığını, oyunumu izlədiyimi bilmirəm. Fikrimcə, mənim millidə oynamağım onlar üçün xüsusi önəm daşımır.
- Növbəti mövsümdə özünüzü harada görürsüz?
- Hələ bilmirəm. Sakit düşünmək üçün kifayət qədər vaxtımız var. Ümid edirəm ki, hər şey yaxşı olacaq.