Ukrayna Premyer Liqasında 32-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən komanda mövsümün əsas hissəsinin son turunda "Şaxtyor"u qəbul edib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Paşayevin adı görüşün iştirak ərizəsinə salınmayıb.
"Aleksandriya” mövsümün əsas hissəsini 32 oyuna topladığı 51 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə başa vurub. Paşayevin komandasını qarşıda Avropa Liqasına vəsiqə uğrunda pley-off oyunları gözləyir. "Aleksandriya” yarımfinalda "Mariupol”la qarşılaşacaq. Bu oyun iyulun 25-də baş tutacaq.
Fanat.Az