Millimizin forvardı Rüfət Dadaşov ABŞ-ın USL liqasında qol və məhsuldar ötürmə ilə yadda qalıb.
Belə ki, Dadaşovun komandası - "Finiks Rayzinq" son turda öz meydanında "El-Paso"nu 3:1 hesabıyla yenib. Öncə penaltidən hesabı açan Rüfət ardından ikinci qola assistentlik edib.